USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Prezident: “Britaniya şirkətlərindən biri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb olunub”


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 350 dəfə oxunub
Prezident: “Britaniya şirkətlərindən biri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb olunub”

Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.

Bununla bağlı Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edən zaman məlumat verib:

“Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var”. 


Oxşar xəbərlər