USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Prezident İlham Əliyev:


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 5683 dəfə oxunub
Prezident İlham Əliyev:

“Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlayıb”. 

Simurq.net in xəbərinə görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Zəngilan rayonunda olarkən deyib. 

Prezident deyib: “Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılıb. Bir neçə ev qalıb. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı bax bu günə qoyub mənfur düşmən.

Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım”.


Oxşar xəbərlər