USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir


  • İdman,
  • 4 ay əvvəl əlavə olunub,
  • 44 dəfə oxunub
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir

“Torino”nun hücumçusu Simone Zaza mövsümün sonunda Türkiyəyə köçə bilər.

Simurq.net in məlumatına görə, 30 yaşlı forvard yenidən “Qalatasaray”ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi hələ qış fasiləsində də almağa çalışdığı İtaliya millisinin sabiq üzvünü yayda heyətə qatmaq üçün indidən danışıqlara başlayıb. Klubun skautları bir müddətdir Zazanın oyunlarını izləyir. Baş məşqçi Fatih Terim kolumbiyalı forvard Radamel Falkao ilə vidalaşıb, ön xətdəki boşluğu məhz Zaza ilə doldurmaq fikrindədir.

Qeyd edək ki, Simone Zazanın “Torino” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.


Oxşar xəbərlər