USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qanunsuz ağac kəsən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi


  • Araşdırma,
  • 7 ay əvvəl əlavə olunub,
  • 126 dəfə oxunub
Qanunsuz ağac kəsən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında “Mahal” MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Prokurorluqdan verilən məlumata görə, Rəhimov İlqar Vəliyəddin oğlunun “Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin tikinti şirkəti üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olan, meşə fonduna daxil olmayan səkkiz ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilib.


Oxşar xəbərlər