USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qanunsuz ovçuluq edən şəxs saxlanılıb


  • Araşdırma,
  • 3 ay əvvəl əlavə olunub,
  • 39 dəfə oxunub
Qanunsuz ovçuluq edən şəxs saxlanılıb

Samux rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Rəşid Əsgərovun özünə məxsus müvafiq icazə sənədləri olan “Valter” markalı tüfənglə Samux rayon ərazisində qanunsuz olaraq çöl quşlarını ovlaması müəyyən edilib. 

R.Əsgərov qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.


Oxşar xəbərlər