USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qanunvericiliyə dövlət informasiya sistemlərinin məlumatları ilə bağlı maddə daxil edilir


  • Ölkə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 99 dəfə oxunub
Qanunvericiliyə dövlət informasiya sistemlərinin məlumatları ilə bağlı maddə daxil edilir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

“Simurq.net”in xəbərinə görə, dəyişikliklə məcəlləyə yeni maddə (81-1-ci maddə: Dövlət informasiya sistemlərinin (ehtiyyatlarının) məlumatları) əlavə olunur.

Yeni maddə aşağıdakı kimidir:

81-1.1 Bu məcəllənin 192., 192.2, 192.3, 194, 195.2, 496.2, 540.1 və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatlarından istifadə edilir.

81-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir.


Oxşar xəbərlər