USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

“Qarabağ” cari mövsüm antirekorda imza ata bilər


  • İdman,
  • 8 ay əvvəl əlavə olunub,
  • 81 dəfə oxunub
“Qarabağ” cari mövsüm antirekorda imza ata bilər

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb.

“Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı altıncı sülhü olub.

Bu, klub tarixində qeydə alınmış rekordun təkrarıdır. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt altıdan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə bir xalla dönmüş “Qarabağ” yeddinci dəfə eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha altı səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.


Oxşar xəbərlər