USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qarabağa aid hazırlanan sikkələrin dizaynı onlayn səsvermədə - FOTO


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 56 dəfə oxunub
Qarabağa aid hazırlanan sikkələrin dizaynı onlayn səsvermədə - FOTO

“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə təqdim edilən layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi mərhələsi sona çatıb.

“AzerGold” QSC və Heydər Əliyev Mərkəzinin təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin onlayn səsvermə mərhələsinə start verilir. 

Yekun qiymətləndirmə mərhələsində münsiflər heyətinin üzvləri - QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov, Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev, Xalq rəssamı Arif Hüseynov, Əməkdar rəssam Natiq Fərəcullzadə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sənubər Qasımova, eləcə də dizayner-rəssamlar Nəriman Məmmədzadə, Fərid Rəsulov, Rəhim İsmayılov və Çingiz İsmayılov iştirak ediblər.

Müsabiqəyə təqdim olunmuş 887 layihədən final mərhələsinə vəsiqə qazanan 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında 1, 2 və 3-cü yerin qalibləri seçilib.

Qeyd edək ki, müsabiqənin onlayn səsvermə mərhələsi 12 fevral saat 00:00-dan etibarən başlayır. www.azergold.gift platformasında həyata keçirilən səsvermə 15 fevral saat 00:00-dək davam edəcək. Müsabiqənin əsas mərhələsinə vəsiqə qazanmış 195 layihə arasından ən çox bəyənmə toplamış layihə ictimaiyyət nümayəndələrinin seçimi əsasında “İzləyici rəğbəti” nominasiyasının qalibi seçiləcək. Bütün qaliblər 17 fevral tarixində “AzerGold” QSC-nin inzibati binasında baş tutacaq mükafatlandırma mərasimində elan olunacaq.

“Qarabağ inciləri” dizayn müsabiqəsində ilk üç yerin və “İzləyici rəğbəti” nominasiyasının qalibinə diplom və pul mükafatı (1-ci yer 3000 manat, 2-ci yer 2000 manat, 3-cü yer və nominasiya qalibi 1000 manat) təqdim olunacaq.



Oxşar xəbərlər