USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qasparyan Paşinyana qarşı cinayət işi başlanılmasını tələb edir


  • Dünya,
  • 6 ay əvvəl əlavə olunub,
  • 60 dəfə oxunub
Qasparyan Paşinyana qarşı cinayət işi başlanılmasını tələb edir

Vəzifəsindən məcburən kənarlaşdırılan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan baş prokurora müraciət edib.

Bu barədə yerli “ArmluR” portalı məlumat yayıb.

O, baş nazir Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə (vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıqdan ağır nəticələrə səbəb olduqda) cinayət işinin başlanılmasını tələb edir.


Oxşar xəbərlər