USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qazimizə dəstək olaq.


  • Araşdırma,
  • 4 ay əvvəl əlavə olunub,
  • 170 dəfə oxunub
Qazimizə dəstək olaq.

Mustafayev Hüseyn İslam oğlu 30.07.1991-ci ildə Tovuz Rayon Xatınlı kəndində anadan olub. O ilk təhsilini Tovuz Rayon Xatınlı kənd Firuddin Qasımov adına tam orta məktəbini bitirib. 

Hüseyn 2011ci ildən Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) Gizir kimi fəaliyyət göstərib. Hüseyn seçilmişlər arasında dünyanın bir çox ölkələrində, Türkiyənin İzmir şəhərində, Moskvada, Pakistanda və Bakıda təlimlərdə olub. Bu təlimlərdə yaxşı nəticə göstərdiyinə görə hər bir ölkədə medal və diplomlarla təltif edilib. Hüseyn 27 sentyabr 2020-ci ildən Qarabağ döyüşçüləri başlayan gündən ön cəbhədə vuruşub. İlk öncə Murovdağ istiqamətində kəllə beyin travması,sonra Füzuli istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb geri çəkilməyib daha sonra Xocavənd rayonunun qırmızı bazar qəsəbəsində düşmənin minamyotdan açdığı atəş nəticəsində ağır yaralanıb və geri təxris olunub. Hal-hazırda koma vəziyyətində Bakı şəhər Mərkəzi Hosbitalın Ürək Damar reanimasiya bölməsində yatır. Verilən məlumata görə qazimizin xaricdə müalicəsi mümkündür. Bizdə Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən və aidiyyəti orqanlardan xaiş edirik Qazimizə köməklik etsinlər. Bir ananın oğulsuz, bir övladın atasız,bir ailənin başsız qalmamağı üçün qazimiz Hüseyn qardaşımıza dəstək olaq.

‌Ülviyyə Aslanova 

‌Əli Həsənov 

‌Tovuz.




Oxşar xəbərlər