USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qəbələ


  • Hadisə,
  • 13 gün əvvəl əlavə olunub,
  • 619 dəfə oxunub
Qəbələ

"Qəbələ" "Atletik"in sabiq qapıçısını transfer etdi.

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

"Simurq.net" klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb. Bu, "qırmızı-qaralar"ın yay fasiləsində ilk legioner transferidir.

İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.


Oxşar xəbərlər