USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qəbələ sakini ayı ilə əlbəyaxa olub


  • Hadisə,
  • 8 ay əvvəl əlavə olunub,
  • 1654 dəfə oxunub
Qəbələ sakini ayı ilə əlbəyaxa olub

Qəbələ rayon sakini vəhşi heyvanın hücumuna məruz qalıb.

Simurq.net in bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Fərman Rəcəbov yaşadığı evin yaxınlığında işləyərkən Qonur Qafqaz ayısı qəflətən ona hücum edib. Çıxılmaz vəziyyətdə qalan sakin ayı ilə əlbəyaxa olub. Müxtəlif bədən xəsarətləri alan Fərman Rəcəbov ayının pəncəsindən qaçarkən özünü dərəyə atıb. Bir müddət dərədə qalan Fərman Rəcəbov sonra telefonla qardaşına zəng edib. Kənd sakinləri yaralını xilas edərək Qəbələ rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Xəstənin sol ayağında və qarın baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu üçün Bakı şəhərinə mərkəzi xəstəxanasına göndərilib.

Cahangir Novruz


Oxşar xəbərlər