USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qəbələdə qardaşını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 826 dəfə oxunub
Qəbələdə qardaşını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır.

Qəbələdə qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Simurq.net"informasiya agentliyinin məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

R. Rəhimova Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Cahangir Novruz


Oxşar xəbərlər