USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qəbələdə qətl törədən şəxsin məhkəməsi başlayır.


  • ,
  • 5 ay əvvəl əlavə olunub,
  • 3502 dəfə oxunub
Qəbələdə qətl törədən şəxsin məhkəməsi başlayır.

Qəbələdə qətl törədən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Simurq.net"informasiya agentliyinə Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci il iyulun 1-i saat 07 radələrində rayonun Vəndam qəsəbəsi ərazisində Rəhimov Azər Vəli oğlunun qəsdən öldürülməsi və sonuncunun oğlu Çingiz Rəhimovun və bacısı oğlu Dünyad Süleymanovun qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla qeyd edilən tarixdə Rəhimov Ramil Vəli oğlunun “Su Tayı” adlanan istirahət mərkəzinin ərazisinə gələrək orada olan qardaşı Azər Rəhimovla qeyd edilən mülk üstündə mübahisə edərək ov tüfəngindən sonuncunun kürək nahiyəsinə atəş açaraq qəsdən öldürməsinə, daha sonra eyni istiqamətdə qaçan bacısı oğlu Dünyad Süleymanovun arxası ilə gedərək ona doğru da atəş açmasına, Dünyad Süleymanov və Çingiz Rəhimovun vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına görə və ərazinin meşəlik olduğundan atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsindən Ramil Rəhimovun bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Dünyad Süleymanov və Çingiz Rəhimovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhimov Ramil Vəli oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cahangir Novruz


Oxşar xəbərlər

O, Vətən Müharibəsinin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, bir neçə kəndi işğaldan azad edib.
https://simurq.net/category/" title="">
  • 6 ay əvvəl
  • O, Vətən Müharibəsinin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, bir neçə kəndi işğaldan azad edib.