USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

"Qəbələ"nin avrokubok oyunlarının vaxtı və potensial rəqibləri açıqlandı 


  • İdman,
  • 2 ay əvvəl əlavə olunub,
  • 39 dəfə oxunub
"Qəbələ"nin avrokubok oyunlarının vaxtı və potensial rəqibləri açıqlandı 

Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb.

"Simurq.net"" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın rəqibi avqustun 31-də İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra bəlli olacaq.

Komanda ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab görüşünü isə oktyabrın 20-də keçirəcək.

Çempionlar yolu:

"“Deportivo La Korunya” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (ITA), "Anje" (Fransa), "Benfika"(Portuqaliya) , "Genk" (BEL), "Şaxtyor" (Donetsk Ukrayna), AZ (Alkmaar Niderland), "Trabzonspor" (TUR), "Saltsburq" (Avstriya) , "Midtüllan" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Praqa, Çexiya), APOEL (Kipr), "Yanq Boys" (İsveçrə), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rosenburq (Norveç), "Makkabi" (Haifa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Qəbələ" (Azərbaycan), "Septemvri" (Sofiya, Bolqarıstan), Csikszereda Miercurea Ciuc (Rumıniya), "Poqon" (Polşa), Jilina (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Budapeşt, Macarıstan), "Jalgiris" (Litva), Akademiya-04 (Ermənistan)

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.


Oxşar xəbərlər