USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qəbul imtahanının ikinci mərhələsi 2 dəfə keçiriləcək


  • Təhsil ,
  • 4 ay əvvəl əlavə olunub,
  • 113 dəfə oxunub
Qəbul imtahanının ikinci mərhələsi 2 dəfə keçiriləcək

Bu il də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci və ikinci cəhddə keçirilməsi nəzərdə tutulur”.

“Simurq.net" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin iyul ayında keçirilməsi planlaşdırılır:

“Çalışacağıq ki, avqust ayında ikinci cəhdi keçirək. Lakin koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalı nəzərə alınaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur”.


Oxşar xəbərlər