USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qələbəmizi sizlərə borcluyuq.


  • Araşdırma,
  • 10 ay əvvəl əlavə olunub,
  • 146 dəfə oxunub
Qələbəmizi sizlərə borcluyuq.

Qazimizi tanıyaq.

Baş Leytinant Əsgərzadə Bəkir. Yanvarın 2-si 1994 cü ildə Qax rayonunun Zərnə kəndində anadan olub. 2001 ci ildə Qax rayonu Zernə kəndində Zöhrab Vəliyev adına orta məktəbə gedib. 2009-2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi böyük müvəffəqiyyətlə başa vurub. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2016-cı ildə təhsilini bitirdikdən sonra ön cəbhədə xidmətə başlayıb. İkinci Qarabağ müharibəsi başladığı andan ön cəbhədə Zabit kimi döyüşməyə gedir, Sentyabırın 29 Naftalan rayon Talış kənd isdiqamətdə gedən döyüşlərdə minaya düşərək yaralanmışdır. Qazimiz sol ayağını itirmiş, sağ ayağı isə qəlpəlidir.

Qazimiz subaydır, hər şeyə rəğmən Vətən Sağolsun deyən igidimiz vəziyyətinin yaxşı olduğunu bildirir.

 

Elçin Aslanov.


Oxşar xəbərlər