USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

QMİ sədri KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin vebinarında iştirak edib


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 60 dəfə oxunub
QMİ sədri KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin vebinarında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Konstantinopol Ekumenik Patriarxiyasinin Ekzarxi Mitropolit Emmanuelin giriş sözü ilə açılan vebinar qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub. 

KAİSİİD Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü Konstantinopol Ekumenik Patriarxiyasinin Ekzarxi Mitropolit Emmanuel yeni məqama — Xalkidon Mitropoliti seçilməsi münasibətilə təbrik edilib, ona fəaliyyətində uğurlar dilənib.

Videotoplantıda Beynəlxalq Mərkəzin gələcəyinə dair təşkilati məsələlər, Direktorlar Şurasının və Tərəflər Şurasının ikinci birgə iclasının detalları, İdarə Heyətinin növbəti sessiyaları, həmçinin, qurumun genişləndirmə layihəsi üzrə perspektivləri, bu çərçivədə Nigeriya və Seneqalın üzvlüyü məsələsi gündəmdə olub. Kommunikasiya məsələləri üzrə yenilənmələr, təlim sistemi üzrə təqaüdlər proqramının müzakirəsi növbəti iclasa tövsiyə olunub. Mərkəzin mənzil-qərargahının Vyanadan köçürülmə perspektivi də müzakirə olunub.

İclasa sədrlik edən Mitropolit Emmanuel KAİCİİD adından Şeyxülislam A.Paşazadəni və onun timsalında bütün Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.

Məlumat üçün bildirək ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD dinlərarası dialoqun yeni platforması kimi məhsuldar fəaliyyət göstərir. Belə ki, onun fəaliyyəti bu gün bütün problemlərin fövqündə duran sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı kimi müasir dünyada böyük ehtiyac duyulan vacib mərama xidmət edir. Əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarət olan KAICIID dünyanın aparıcı dinlərinin rəhbərlərindən ibarət Direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini liderdir.


Oxşar xəbərlər