USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qubadlı və Cəbrayılda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib - FOTO


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 82 dəfə oxunub
Qubadlı və Cəbrayılda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib - FOTO

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Qubadlı və Cəbrayıl Rayon Polis Şöbələrinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.  

Növbəti belə tədbir zamanı Qubadlı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd minaatan qurğusu, 6 ədəd avtomat, 21 ədəd müxtəlif növ qumbaralar və alışdırıcıları, 12 ədəd qumbaraatan mərmisi və alışdırıcıları, 3320 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb. 

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən isə 20 ədəd avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Oxşar xəbərlər