USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Ramil Şeydayev 147 gündən sonra start heyətində yer alıb


  • İdman,
  • 2 ay əvvəl əlavə olunub,
  • 30 dəfə oxunub
Ramil Şeydayev 147 gündən sonra start heyətində yer alıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.

Apasport.az saytının məlumatına görə, hücumçu “Sabah”ın “Qəbələ” ilə bugünkü qarşılaşmasına “11-lik”də başlayacaq.

XXI turun bu matçı ilə Ramilin start heyəti həsrəti bitəcək. O, sonuncu dəfə 147 gün öncə ilk dəqiqələrdən meydana çıxıb.

Bu, IX turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) baş verib. Sonradan əsas heyətdə yerini itirən forvard bəzən sonradan meydana çıxıb, bəzən ikinci komandaya göndərilib.


Oxşar xəbərlər