USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professora yüksək vəzifə verdi - FOTO


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 51 dəfə oxunub
Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professora yüksək vəzifə verdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edib.

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə qərar “Resmi Gazete”də yayımlanıb.

Qeyd edək ki, Attar 2019-cu ildə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. 

Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib, 2012-ci ildə Türkiyənin Girəsun Universitetində rektor olub (2016-cı ilə kimi), 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.

Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Hərbi Tarix Komissiyası, Avstriya-Türk Elm Forumu və Dünya Türkləri Konqresi üzvü olan Attar evlidir, üç övladı var.



Oxşar xəbərlər