USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirib


  • İdman,
  • 4 ay əvvəl əlavə olunub,
  • 92 dəfə oxunub
Rəcəbov turnir cədvəlində liderliyi ələ keçirib

Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb.

"Simurq.net" xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda T.Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Günün son turunda argentinalı A.Piçot üzərində qələbə qazanan şahmatçımız xalların sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib.

Qeyd edək ki, “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.


Oxşar xəbərlər