USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 91 dəfə oxunub
Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb.

Bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, paytaxtda olmayan əməkdaşlar görüşə videoformatda qoşulublar. 

Nazir torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları evlərinə, işlərinə sağ-salamat qayıtmaları münasibətilə təbrik edib.

Rəşad Nəbiyev bildirib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi:

“Torpaqlarımız işğaldan azad olundu. Məhz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində regionda yeni hərbi-siyasi reallıq formalaşdı. Biz böyük tarixi qələbə qazandıq”.

Rəşad Nəbiyev Vətən uğrunda gedən döyüşlərdə nazirliyin 210 əməkdaşının iştirak etdiyini, onlardan altısının şəhidlik zirvəsinə ucaldığını söyləyib. Həmçinin müharibədə ailə üzvlərini itirən əməkdaşların olduğunu vurğulayıb.

Döyüşlərdə yaralanan əməkdaşlara şəfa diləyən nazir onların sağlam həyata qayıtmaları üçün lazımi diqqət və qayğı ilə əhatə olunacaqlarını deyib.

Sonda nazir Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində iştirak etmiş əməkdaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəkkürnamələrini təqdim edib.


Oxşar xəbərlər