USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rusiyada terrorçuları maliyyələşdirən qrup ələ keçirilib


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Rusiyada terrorçuları maliyyələşdirən qrup ələ keçirilib

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin əməkdaşları Rusiyada qadağan olunmuş “Katiba Tövhid vəl-Cihad” terror təşkilatının maliyyələşdirilməsinə dair cinayət işi çərçivəsində Rusiya vətəndaşı və qonşu ölkələrdən birinin vətəndaşını həbs edib.

Simurq.net TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin Novosibirsk vilayəti üzrə İdarəsindən bildirilib.

“Rusiya FTX-nin Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin Novosibirsk və Tomskda keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Katiba Tövhid vəl-Cihad” beynəlxalq terror təşkilatının regionlararası şəbəkə üzvlərinin terror fəaliyyətlərinin maliyyələşdirilməsinə dair qanunsuz fəaliyyətlərinin qarşısını alıb”, - məlumatda belə deyilir.


Oxşar xəbərlər