USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rusiyada Türkiyə bayrağını yandıran şəxs inzibati məsuliyyətə cəlb edildi


  • Dünya,
  • 3 ay əvvəl əlavə olunub,
  • 32 dəfə oxunub
Rusiyada Türkiyə bayrağını yandıran şəxs inzibati məsuliyyətə cəlb edildi

Rusiyanın Kemerovo vilayət sakini Türkiyə bayrağını yandırıb.

Bu barədə Avoka.do Kemerovo Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayır.

Bildirilir ki, 2020-ci ilin oktyabrında “Odnoklassniki” sosial səhifəsinin istifadəçilərindən biri paylaşımında Türkiyə və Azərbaycan sakinlərini təhqir edib. O, eyni zamanda, radikal şəkillər də paylaşıb.

Prokurorluğun araşdırması nəticəsində müəyyən olunub ki, kişinin ifadələrində həqiqətən müəyyən bir milliyyətə qarşı mənfi yanaşmalar var. Türkiyə bayrağının yandırılması ilə bağlı foto dövlət rəmzinə təhqir və müəyyən cəmiyyətə qarşı nifrət, hörmətsizlik kimi qəbul edilib.

Məhkəmə qərarı ilə həmin şəxs günahkar hesab olunub.

O, inzibati qaydada 10 min rubl (228 AZN) məbləğində cərimələnib.


Oxşar xəbərlər