USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib - FOTO


  • Siyasət,
  • 8 ay əvvəl əlavə olunub,
  • 72 dəfə oxunub
Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib - FOTO

Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti Qarabağda ərazinin partlayıcı predmetlərdən təmizlənməsi işlərini davam etdirir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Mina təmizləmə əməliyyatı çərçivəsində Ağdərədə rusiyalı istehkamçılar tərəfindən 30-dan çox 152 millimetrlik qəlpəli-fuqas tipli artilleriya mərmisi zərərsizləşdirilib.

Ümumilikdə 2020-ci ilin noyabrın 23-dən bu günə kimi 1 548 hektar ərazi, 484 kilometr yol, 1 524 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış sursatlardan təmizlənib, 24 994 partlayıcı predmet aşkar edilərək məhv edilib.



Oxşar xəbərlər