USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Rüstəm Orucov erməni Avropa çempionu ilə tatamidə gücünü sınayacaq


  • İdman,
  • 5 ay əvvəl əlavə olunub,
  • 86 dəfə oxunub
Rüstəm Orucov erməni Avropa çempionu ilə tatamidə gücünü sınayacaq

Cüdo üzrə Olimpiya mükafatçımız Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” yarışında erməni rəqiblə qarşılaşacaq.

Simurq.net in məlumatına görə, 1/8 finalda Oleq Babqoyevi vaza-ari xalı ilə məğlub edən Rüstəm 1/4 finalda Ermənistan cüdoçusu Ferdinand Karapetyanla görüşəcək.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində Rüstəm Orucov 2016-cı ilin, Ferdinand Karapetyan isə 2018-ci ilin Avropa çempionudur. Bu iki cüdoçu bir neçə dəfə üz-üzə gəlib və Rüstəmin qələbəsi ilə başa çatıb. Sonuncu belə qələbə 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında qeydə alınıb.

Onu da bildirək ki, bu gün tatamiyə çıxan güləşçilərimizdən digər ikisi artıq mübarizəni dayandırıb. 81 kq-da Hidayət Heydərov ilk görüşdə turnirlə vidalaşıbsa, Murad Fətiyev ikinci görüşündə burnundan zədə alıb və hakimin qərarı ilə məğlub elan edilib.


Oxşar xəbərlər