USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb


  • Gündəm,
  • 22 gün əvvəl əlavə olunub,
  • 20 dəfə oxunub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Simurq.net ə verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.


Oxşar xəbərlər