USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.


  • Ölkə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 69 dəfə oxunub
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Sabah Bakıda külək əsəcək, rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olcaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.  

Martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdın 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 22-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 9-12 dərəcə isti olacaq. 

Martın 22-si şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. 


Oxşar xəbərlər