USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sabirabadda karantin qaydalarını pozaraq nişan məclisi təşkil edənlər cərimələndi


  • Gündəm,
  • 6 ay əvvəl əlavə olunub,
  • 77 dəfə oxunub
Sabirabadda karantin qaydalarını pozaraq nişan məclisi təşkil edənlər cərimələndi

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Simurq.net in Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini R.İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Fəzail Səfərov.


Oxşar xəbərlər