USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sabirabadda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb FOTO


  • Araşdırma,
  • 6 ay əvvəl əlavə olunub,
  • 72 dəfə oxunub
Sabirabadda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Sabirabad rayonu, Şəhriyar kəndi, Şirvab-Sabirabad magistral yolunda fəaliyyət göstərən, fiziki şəxs Bahadirova Leyli Hüseyn qızına məxsus kafedə yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub.

Müəssisədə sanitariya-gigiyena norma və qaydalarının pozulduğu, ərzaqların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, temperatur və rütübət rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinsekiya və deratizasiya tədbirlərinin aparılmadığı aşkar olunub. Həmçinin işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



Oxşar xəbərlər