USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sahibkara məxsus fermanın anbarında yanğın olub FOTO


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 754 dəfə oxunub
Sahibkara məxsus fermanın anbarında yanğın olub FOTO

İsmayıllı rayonunda sahibkar Vahid İsayevə məxsus fermanın anbarında yanğın olub.

Simurq.net in bölgə müxbirinin məlumatına görə, yanğın bu gün saat 15 radələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayon yanğından mühafizə hissəsinin 17 nəfər canlı qüvvəsi və 2 yanğınsöndürən maşını gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində anbarda olan ot bağlamalarının xeyli hissəsi və yaxınlıqdakı tövlələr mühafizə olunub.

Yanğın nəticəsində ümumi sahəsi 1800 kvadratmetr olan anbarın içərisindəki 100 kvadratmetrlik sahədə yığılan 2500 ədəd bağlı ot yanıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Cahangir Novruz



Oxşar xəbərlər