USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqlənib - SƏRƏNCAM


  • Siyasət,
  • 3 ay əvvəl əlavə olunub,
  • 34 dəfə oxunub
Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqlənib - SƏRƏNCAM

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

Simurq.net in məlumatına görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

Qanuna aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə olunub:

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz”.

Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.


Oxşar xəbərlər