USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatı olub


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 1829 dəfə oxunub
Şamaxı Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatı olub

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Belə ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Cahangir Novruz


Oxşar xəbərlər