USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxı rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 47 dəfə oxunub
Şamaxı rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.

Şamaxıda yolun dumanlı olması qəzalara səbəb olub, xəsarət alanlar var.

Simurq.net in məlumatına görə, bu gün Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində iki "VAZ 2107" və bir "Daewoo-Nexia" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Məmmədov Amil Mühübbət oğlu və 1956-cı il təvəllüdlü Məmmədova İradə Ağamusa qızı xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, hadisəyə yolun dumanlı olması və nəqliyyatın hərəkətinin çətinləşməsi səbəb olub. Eyni vaxtda həmin ərazidə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər