USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb.


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 48 dəfə oxunub
Şamaxıda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb.

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Simurq.net"informasiya agentliyinin xəbərinə görə hadisə Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində qeydə alınıb.

Şamaxı-Dəmirçi yolunda hərəkətdə olan 90-ZO-526 dövlət nömrə nişanlı "Honda" markalı minik avtomobili yolun buz bağlaması səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Zahir qızı, 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cahangir Novruz


Oxşar xəbərlər