USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb.


  • Araşdırma,
  • 8 ay əvvəl əlavə olunub,
  • 85 dəfə oxunub
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Simurq.net"informasiya agentliyinə verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, hər iki silaha məxsus 39 ədəd patron, eləcə də ovladıqları çöl quşları götürülüb.

Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.

Hər üç şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Cahangir Novruz


Oxşar xəbərlər