USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda quruculuq-abadlıq işləri davam edir


  • Ölkə,
  • 6 ay əvvəl əlavə olunub,
  • 703 dəfə oxunub
Şamaxıda quruculuq-abadlıq işləri davam edir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şamaxı rayonunda sosial layihələr uğurla həyata keçirilir, quruculuq-abadlıq işləri davam edir.

Rayon icra hakimiyyətindən bu barədə Simurq.net informasiya agentliyinin bölgə müxbirinə verilən məlumatda bildirilib ki, koronavirus pandemiyasının törətdiyi çətinliklərə, bununla əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq hazırda şəhərin bir sıra küçə və prospektlərinin əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılib. Belə ki, “Aşıq Məmmədağa”, “Həzi Aslanov”, “Bakı”, “Azər Pənahov”, “Qarabağ”, “Əzizbəyov”, “Şirvan”, “Məhəmməd Hadi” və bir sıra digər küçələr, bu küçələrə qoşulan döngələr yenidən qurulur və asfaltlaşdırılır.

Cahangir Novruz



Oxşar xəbərlər