USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda restoran sahibləri cərimələnib.


  • Hadisə,
  • 13 gün əvvəl əlavə olunub,
  • 621 dəfə oxunub
Şamaxıda restoran sahibləri cərimələnib.

Şamaxıda restoran sahibləri cərimələnib. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Simurq.net" verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni məlumatların portalda qeydiyyatdan keçirilməməsi , eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Obyektlərin sahibi- Vüqar Allahverdiyev ( “Turist” restoranının sahibi ) və Ömər Yusifov ( “Çinar” restoranın sahibi) barəsində protokol tərtib olunub və onların hər biri 4 min məbləğində cərimələnib. Toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.



Oxşar xəbərlər