USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda şirkətdən 7200 manatlıq oğurluq olub


  • Hadisə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 45 dəfə oxunub
Şamaxıda şirkətdən 7200 manatlıq oğurluq olub

Şamaxıda şirkətdən oğurluq olub. 

Simurq.net in bölgə müxbirinin məlumatına görə, Rayon Polis Şöbəsinə Muğanlı kəndi ərazisində fəaliyyət göstərən özəl şirkətlərdən birinə məxsus anbardan yolun işıqlandırılması üçün istifadə olunan, ümumi dəyəri 5800 manat olan 40 ədəd plafonun və 1400 manat dəyərində elektrik kabelinin oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində anbardan oğurluq edən şəxsin Ağsu rayonu Padar kənd sakini Xəyal İsgəndərov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və oğurladıqları həmin şəxsdən maddi sübut kimi götürülüb. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Cahangir Novruz



Oxşar xəbərlər