USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda “YAŞA” Mərkəzi açıldı


  • Ölkə,
  • 4 ay əvvəl əlavə olunub,
  • 46 dəfə oxunub
Şamaxıda “YAŞA” Mərkəzi açıldı

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” layihəsinin növbəti mərkəzi Şamaxı şəhərində açılıb.

Simurq.netin bölgə müxbiri xəbər verir ki, açılış Mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri, “Regional İnkişaf” İctimai Birliyi, Kapital Bank və “Üçünücü Bahar” İctimai Birliyinin heyəti, Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Kapital Bankın maliyyə dəstəyi, Üçüncü Bahar İctimai Birliyinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Bununla yanaşı pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.

Qeyd edək ki, Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Cahangir Novruz



Oxşar xəbərlər