USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi.


  • Hadisə,
  • 5 ay əvvəl əlavə olunub,
  • 66 dəfə oxunub
Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi.

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin 3 üzvü Bakıya gətirilib.

"Simurq.net"informasiya agentliyinin məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.

Qəzanın təfərrüatı araşdırılır.

Cahangir Novruz


Oxşar xəbərlər