USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şəhid olmasaydı, bu gün 26 yaşını qeyd edəcəkdi


  • ,
  • 7 ay əvvəl əlavə olunub,
  • 8663 dəfə oxunub
Şəhid olmasaydı, bu gün 26 yaşını qeyd edəcəkdi

Ağsu rayonunun Padar kəndində dünyaya gələn, 2014-cü ilin avqustunda erməni təxribatçılarına qarşı döyüşlərdə qəhrəmancasına şəhid olan Rüfət Fətəlizadənin doğum günü uyuduğu şəhidlər qəbiristanlığında ehtiramla yad edilib. Yaşasaydı, bu gün Rüfətin 26 yaşı olacaqdı...

Simurq.net in bölgə müxbiri xəbər verir ki, Ağsu şəhərindəki şəhidlər qəbiristanlığında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon Şöbəsinin məsul işçiləri, kənd sakinləri, şəhidin yaxınları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda şəhid Rüfət Fətəlizadənin qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, 1995-ci il fevralın 15–də dünyaya göz açan Rüfət həqiqi hərbi xidməti zamanı 2014-cü ilin avqustunda cəbhənin Tovuz rayonu istiqamətindəki Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Padar kəndində barelyefi qoyulub, adına bulaq çəkilib.

Azərbaycanın ərazi bütövlünün pozulmasından, erməni işğalından və törədilən vəhşiliklərdən danışan natiqlər, Rüfət və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Vurğulanıb ki, ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində düşmən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə diz çökdürüldü, torpaqlarımız işğaldan azad edildi.

Anım mərasimində şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə çiçəklər düzülüb.

Cahangir Novruz



Oxşar xəbərlər

Bərdədə soyğunçuluq edən şəxslər saxlanılıb
https://simurq.net/category/" title="">
  • 7 ay əvvəl
  • Video Bərdədə soyğunçuluq edən şəxslər saxlanılıb