USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şəhidimizin oğul övladı dünyaya gəldi.


  • Araşdırma,
  • 5 ay əvvəl əlavə olunub,
  • 82 dəfə oxunub
Şəhidimizin oğul övladı dünyaya gəldi.

Emin Hüseynov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Emin Hüseynov Tovuz döyüşlərindən sonra SHXÇDX-nə müraciət elədi və Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başladı.

Azərbaycan Ordusunun əsgəri olan Emin Hüseynov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində savaşdı. Emin Hüseynov Vətən müharibəsi  zamanı Murovdağın Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murovdağ döyüşləri zamanı yaralanmasına baxmayaraq yenidən döyüş meydanına qayıdıb. Qunbaraatan olan Emin Hüseynov Ermənistan Ordusunun canlı qüvvəsinin və texniкasının məhv edilməsində fərqlənib. Emin Hüseynov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Şəhid nəşi doğulub boya başa çatdığı Tovuz rayonuna gətirilərək  dəfn olunub.

Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Hüseynov ölümündən sonra "Vətən Uğrunda", "Fizulinin azad olunmasına görə, Xocavəndin azadlığı uğrunda"və "Kəlbəcərin azad olunmasına görə "medalları ilə təltif edildi.

Şəhidimiz ailəli olub. Bu gün şehidimizin oğul övladı dünyaya gəlib. Şəhidimizin Körpəsini xəstəxanadan çıxarmağa yaxınları ilə birgə Tovuz Rayon ictimaiyyəti və Tovuz Turan birliyidə iştirak etdilər. Bizdə Simurq Xəbər Media Qropun rəhbərliyi və kollektivi adı ilə allahdan körpənizə uzun ömür can sağlığı arzulayırıq.

Ülviyyə Aslanova

Əli Həsənov

Tovuz.



Oxşar xəbərlər