USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şəmkir rayonunda fermadan sənədsiz ov tüfəngi, giliz və patronlar aşkar edilərək götürülüb


  • Hadisə,
  • 6 ay əvvəl əlavə olunub,
  • 64 dəfə oxunub
Şəmkir rayonunda fermadan sənədsiz ov tüfəngi, giliz və patronlar aşkar edilərək götürülüb

Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Simurq.net-ə bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini M.Zeynalova məxsus fermadan müvafiq sənədləri olmayan “İJ-43” markalı ov tüfəngi, 10 giliz və 5 patron aşkarlanıb.

Faktla bağlı təhqiqat davam edir.

Ülviyyə Aslanova

Əli Həsənov


Oxşar xəbərlər