USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb


  • Hadisə,
  • 6 ay əvvəl əlavə olunub,
  • 63 dəfə oxunub
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 5-də saat 12 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Yeni Həyat kənd sakini E.Salahov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini C.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Oxşar xəbərlər