USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sergey Pavlov: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə-Rusiya arasında ticarət artacaq”


  • Dünya,
  • 4 ay əvvəl əlavə olunub,
  • 3398 dəfə oxunub
Sergey Pavlov: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə-Rusiya arasında ticarət artacaq”

Rusiya dəmiryollarının iştirakı ilə Rusiya-Türkiyə arasında xarici ticarət mallarının daşınması 2020-ci ildə 20 milyon tonu keçərək, 2019-cu illə müqayisədə 10 faiz artıb.

Bunu Rusiya Dəmir Yolları Baş direktorunun birinci müavini Sergey Pavlov “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars üzərindən səfərini başa vuran ilk ixrac blok qatarı hər iki ölkə arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək:

“Təxmini hesablamalarımıza görə, bu marşrutun müddəti və qiymət göstəriciləri digər nəqliyyat növlərindən daha sərfəli olacaq. Yükləmə və boşaltma müddətləri istisna olmaqla, təxmini göndərmə müddəti 10 gün olacaq. Bu da dəniz yolu ilə göndərilmədən orta hesabla iki dəfə daha sürətlidir”.

O qeyd edib ki, dəmir yolu ilə yüklərin daşınması epidemioloji baxımdan da güvənlidir. Çünki bir qatar təxminən 80 yük maşınını əvəz edir.


Oxşar xəbərlər