USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Sloveniya baş nazirinin Quranla bağlı paylaşımı kəskin reaksiyaya səbəb oldu


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 78 dəfə oxunub
Sloveniya baş nazirinin Quranla bağlı paylaşımı kəskin reaksiyaya səbəb oldu

Sloveniya baş naziri Yanez Yanşanın “Twitter”də Quranla bağlı paylaşımı kəskin reksiya doğurub.

“Anadolu” agentliyi xəbər verir ki, onun “Kommunist manifesti” kitabının ilk buraxılışının ildönümündə “Qurandan başqa heç bir kitab ölümə, ağrıya, zülmə, yoxsulluğa və sosial geriliyə səbəb olmayıb” ifadələrini “Twitter”də paylaşması hiddətlə qarşılanıb.

Sağçı siyasətçi kimi tanınan Yanez Yanşa bu yazını təkrarlayıb və izləyicilərinə təqdim edib.

Sloveniya İslam Birliyindən edilən açıqlamada bildirilib ki, “Müqəddəs kitaba qarşı belə bir hərəkəti və Kommunist Manifesti ilə bağlı sadələşdirilmiş təbliğat müqayisəsini kəskin şəkildə qınayırıq”.

Avropa İttifaqına (Aİ) müddətli rəhbərlik edən bir ölkənin digər dinlərə, mədəniyyətlərə və Aİ-nin əsasını təşkil edən dəyərlərə hörmət etməsi lazım olduğunu ifadə edən açıqlamada müqəddəs kitabların fərqli tarixi kontekstdə yazılmasına baxmayaraq, onların bütün insanlıq üçün əhəmiyyət kəsb etdiyi vurğulanır.


Oxşar xəbərlər