USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

“SOCAR Polymer”in məhsulları Rusiya və Qazaxıstana ixrac edilir - FOTO


“SOCAR Polymer”in məhsulları Rusiya və Qazaxıstana ixrac edilir - FOTO

“SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen və polietilen məhsulu Rusiya və Qazaxıstana ixrac edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata əsasən, şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır.

Artıq 18 vaqona yüklənmiş 1 140 ton polipropilen və polietilen, 2 363 kilometr yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb.

Mart ayının axırına qədər daha 2 460 ton polipropilen və polietilen 39 vaqona yüklənərək eyni ünvana göndəriləcək.

Bu ayın sonuna qədər 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndəriləcək.

Qeyd edilib ki, Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yol qət edir.

Marşrut boyu daşımanı “ADY Express” şirkəti həyata keçirir.



Oxşar xəbərlər