USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Son 34 ilin ən yaxşı qapıçıları açıqlanıb


  • İdman,
  • 7 ay əvvəl əlavə olunub,
  • 73 dəfə oxunub
Son 34 ilin ən yaxşı qapıçıları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən yaxşı qapıçıların siyahısını açıqlayıb.

Simurq.net in məlumatına görə, qurum ən yaxşı qolkiperi müəyyənləşdirdiyi 1987-2020-ci illərin ümumi sıralamasını tərtib edib.

Cədvələ italiyalı Canluici Buffon başçılıq edir. İkinci sırada İker Kasilyas qərarlaşıbsa, “üçlüy”ü Petr Çex qapayıb.

Türkiyə “Qalatasaray”ının sabiq qolkiperi Klaudio Taffarel 130 xalla 12-ci olub.

1. Canluici Buffon (İtaliya) - 357

2. İker Kailyas (İspaniya) - 260

3. Petr Çex (Çexiya) - 218

4. Edvin van der Sar (Niderland) - 201

5. Manuel Noyer (Almaniya) - 200

6. Peter Şmeyxel (Danimarka) - 179

7. Oliver Kan (Almaniya) - 162

8. Xose Luis Çilavert (Paraqvay) - 146

9. Valter Zenqa (İtaliya) - 132

10. Andoni Subisaretta (İspaniya) - 132


Oxşar xəbərlər